Hacıqabuldakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
14 avqust 2023, 07:01

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Hacıqabul rayonundakı N saylı hərbi hissəsində "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, Hacıqabul şəhər “Cümə” məscidinin imam müavini Emin Əsgərov, N saylı hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Vüsal Kərimov və şəxsi heyət iştirak edib.

Çıxış edən natiqlər  mövzu ilə bağlı ətraflı məlumat verilb, hərbçilərdə sağlam düşüncə tərzinin formalaşdırılmasının vacibliyindən bəhs ediblər.