Hacıqabulda “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusunda tədbir keçirilib
05 dekabr 2025, 14:48

Dekabrın 4-də Hacıqabul rayonu Meyniman kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Komitənin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda qarşılıqlı hörmət və tolerantlığın əhəmiyyəti barədə məlumat verilib. Sülhün və təhsilin cəmiyyətin inkişafında oynadığı rol vurğulanıb. Həmçinin bildirilib ki, gənclər milli-mənəvi dəyərləri qorumaqda fəal olmalıdırlar.