Fevralın 24-də Hacıqabul rayonunda yerləşən şəhər mərkəzi “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi: dini qaydalar nə deyir?” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, mərkəzi “Cümə” məscidinin imamı İntiqam Mirqani və dindarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin əməkdaşı Alpay Şərifli bildirib ki, ölkəmizdə uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Məxsusən də qızların təhsil almasının vacibliyi qeyd olunub. Eyni zamanda vurğulanıb ki, bir qadının savadlı olması bir ailənin savadlı olması deməkdir. Bu istiqamətdə də bir sıra maarifləndirici tədbirlərin keçirilməsi labüddür və din xadimləri də bu işdə öz fəallığı ilə seçilməlidir.
Sonda isə mövzu ilə bağlı imam İntiqam Mirqani və digər dindarlar öz fikirlərini bildiriblər.