Hacıqabulda maarifləndirici tədbir keçirilib
31 iyul 2025, 06:16
İyulun 30-da Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Komitənin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini etiqad azadlığının hüquqi əsasları, dövlət-din münasibətləri və dini radikalizmlə mübarizə məsələləri müzakirə olunub. Vətəndaşların dini inanclarına hörmətlə yanaşmağın vacibliyi vurğulanıb.