Hacıqabulda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib
21 sentyabr 2022, 08:09

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Hacıqabul rayonunda “Qloballaşma dövründə din xadimlərinin və dini icma sədrlərinin öhdəlikləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Hacıqabul rayonunun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qloballaşma dövründə dini duruma təsir edən amillərdən bəhs edilib. Bu sahədə din xadimlərinin və icma sədrlərinin vəzifə və öhdəlikləri izah edilib.