Göygöldəki Gənclər evində maarifləndirici tədbir keçirilib
23 may 2022, 07:20

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Gənclər evində  “Sağlam gənclik sağlam gələcək deməkdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gənclər evi sosial xidmət müəssisəsinin  psixoloqu Bəsti Rəhimova, Rayon Polis Şöbəsinin baş inspektoru Vüqar Məmmədov, məktəb psixoloqları və fəal gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, gənclərin maarifləndirilməsi milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Azərbaycanın dünyəvi dövlət olması, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışılıb.