Göygöldə “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
29 sentyabr 2023, 08:11

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayon Mollacəlilli kənd orta məktəbində “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov və məktəbin şagirdləri iştirak ediblər. 

Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir şəhidin şücaətinin bir nümunə olduğu diqqətə çatdırılıb, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclərin tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.