Göygöldə “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib
25 sentyabr 2024, 06:21

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda respublikamızda dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Dəmir yumruq” filmi nümayiş olunub.