Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans keçiriləcək
02 oktyabr 2026, 08:49

6 oktyabr tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayonunda “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin, Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı nəzərdə tutulur.

Konfransın məqsədi cəmiyyətdə müxtəliflik şəraitində qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış mədəniyyətinin təşviq edilməsi, bu sahədə mövcud çağırışların, aktual məsələlərin müzakirəsi, müxtəlif dini inanclara mənsub insanlar arasında qarşılıqlı anlaşma və dialoqun gücləndirilməsidir.

Tədbir çərçivəsində “Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” və “Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” mövzularında panel müzakirələrin təşkili, həmçinin din xadimləri üçün təlimin keçirilməsi planlaşdırılır.