Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsinin təşkilatçılığı ilə Astara rayonu Siyəkü kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.
Fevralın 12-də DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Göygöl rayonu Şəhriyar kənd tam orta məktəbində “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və məktəblilər iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanların mahiyyəti, onların gənclərə təsir üsulları və bu kimi zərərli təsirlərdən qorunma yolları barədə ətraflı məlumat verilib. Bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.