Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Çərəcə kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşları Rauf Nəsirov və Nicat İsmayılov, kənd məscidi dini icmasının və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən, eləcə də xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Vurğulanıb ki, xalqımız hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. O da bildirilib ki, elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.