Göyçayda “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda tədbir keçirilib
23 oktyabr 2024, 09:52

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dini icma sədrləri, din xadimləri, eləcə də Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı hər zaman gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.