Göyçayda "Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik" mövzusunda tədbir keçirilib
10 noyabr 2021, 02:25

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon “Bığır kənd məscidi” dini icmasının birgə təşkilatçılığı ilə "Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Nicat İsmayılov, dini icma sədrləri, din xadimləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Çıxışlarda şəhidlik anlayışından, Vətən yolunda şəhid olanların örnək həyatından bəhs edilib. Bildirilib ki, torpaqlarımızın işağaldan azad edilməsi, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Eyni zamanda, Prezident cənab İlham Əliyev  tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğı və diqqətdən də ətraflı danışılıb.