Göyçayda Ramazan ayının başlaması ilə əlaqədar tədbir keçirilib
30 mart 2022, 08:30

Martın 30-da Göyçay rayonunda dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Ramazan ayının başlaması ilə əlaqədar olaraq tədbir keçirilib. 

Tədirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayon Polis şöbəsinin rəisi Müqalib Abdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Cavid Səfərov və Rəsul Kazımov, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Eyni zamanda, Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb, dini icmalara və dindarlara tapşırıq və tövsiyələr verilib. Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməmələri din xadimlərinin diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.