Göyçayda radikalizm və ekstremizm mövzusu müzakirə olunub
25 aprel 2022, 03:28

Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi, Göyçay rayon Polis Şöbəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə, gəncləri radikalizm, ekstremizm təhlükəsindən və zərərli vərdişlərdən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Göyçay şəhər S. Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov,  Polis Şöbəsinin rəis müavini Rasim Mirzəyev, rayon Təhsil şöbəsinin müdiri Rahib Burcəliyev, məktəbin müəllim və şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər cəmiyyətimizin gələcəyi və sağlamlığı naminə birlikdə bu bəla ilə mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıblar.