Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəliyi və Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: nəsillərarası körpü” adlı tədbir keçirilib.
Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, QMİ-nin səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, Vətən müharibəsi qaziləri, eləcə də rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı söhbət və müzakirələr aparılıb.