Dekabrın 15-də Göyçay rayonu Hüngütlü kənd orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Uca bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusund maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları və məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib və bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb. Gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasının vacibliyi və təhsilin önəmindən bəhs olunub.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.