Göyçayda maarifləndirmə tədbiri keçirilib
16 mart 2022, 07:03

Martın 15-də Göyçay rayonu Qaraman kənd tam orta məktəbində "Narkomaniyaya "yox" deyək!" mövzusunda maarifləndici tədbir keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayon Polis Şöbəsinin rəis müavini Abbas Paşa, rayon Təhsil Şöbəsinin əməkdaşı Ayaz Qələndərli, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 

Natiqlər narkotik maddələrin zərəri və fəsadlarındən danışıblar. Vurğulanıb ki, müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. Bildirilib ki, el arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır. Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir.

Tədbirin sonunda məktəblilərin bu mövzu ilə bağlı sualları cavablandırılıb.