Yanvarın 31-də Göyçay şəhər 2 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Rayon Polis Şöbəsinin rəis müavini Abbas Paşa, Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev, rayon Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Əli Əsgərov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, dini radikal ideyaların yayılmasının və təbliğinin qarşısını almaq üçün ilk növbədə dini maarifləndirməyə böyük önəm verilməlidir. Bu istiqamətdə paytaxtda və bölgələrdə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə həyata keçirdiyi işlərin müsbət nəticələr verməsi vurğulanıb.
Natiqlər eyni zamanda, cəmiyyəti narahat edən erkən nikah və narkomaniyaya qarşı mübarizənin əhəmiyyətini də qeyd ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.