Dekabrın 1-də Göyçay şəhər Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkliatçılığı ilə "Gənclərin radikal dini cərəyanlardan qorunması" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov, Göyçay RPŞ-nin rəis müavini Rasim Mirzəyev, liseyin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğu vurğulanılıb. Bildirilib ki, radikal dini cərəyanlar öz təbliğatlarında hədəf kimi əsasən gəncləri seçərək, onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə onların maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.