Göyçayda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusu müzakirə olunub
25 dekabr 2024, 09:11
Dekabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliğ edilməsi məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Eyni zamanda dini radikalizmlə mübarizədə dini icmaların rolundan bəhs olunub.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.