Aprelin 12-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər və dini radikalizmə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Göyçay RPŞ-nin rəisi Müqalib Abdıyev, Göyçay RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Xələfov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RTŞ-nin müdiri Rahib Burcəliyev, müəllim və şagirdlər iştirak ediblər.
Natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Çıxışlarda zərərli vərdişlər və onların yaratdığı fəsadlar haqqında ətraflı məlumat verilib. O da vurğulanıb ki, respublikamızda müvafiq dövlət qurumları tərəfindən zərərli vərdişlər və dini radikalizmə qarşı mübarizə aparılır.
Tədbirin sonunda mövzu ilə bağlı verilən suallar cavablandırılıb.