Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi dini icması və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, QMİ-nin səlahiyyətli nümayəndələri Cavid Səfərov və Rəsul Kazımov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı tarix boyu Vətənə sədaqəti və milli həmrəyliyi ilə seçilib. Bildirilib ki, birliyimizin və dövlətçiliyimizin qorunmasında vətənpərvərlik və milli-dini dəyərlərin təbliği mühüm əhəmiyyət daşıyır.