Göyçay, Ucar və Saatlıda maarifləndirmə tədbirləri keçirilib
17 may 2024, 10:00

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri, eləcə də müvafiq qurumların birgə təşkilatçılığı ilə regionlarda maarifləndirmə tədbirləri keçirilib. 

Mayın 17-də Göyçay rayonu Bığır kənd tam orta məktəbində "Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq“ mövzusunda, Ucar rayonu Boyat kənd tam orta məktəbində "Dini radikalizm, erkən nikah və onların fəsadları" mövzusunda, Saatlı rayonunda “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə" mövzusunda baş tutan tədbirlərə DQİDK-nın bölgə şöbəsinin əməkdaşları - Əzim Rəfiyev, Rauf Nəsirov, Elvin İbrahimov, müvafiq qurumların nümayəndələri, müəllimlər və məktəblilər qatılıblar.

Çıxışlarda dini radikalizmə, xurafata və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda dini ekstremizm, narkomaniya və erkən nikahın fəsadlarından bəhs olunub.  

Tədbirlərdə mövzular ətrafında fikir mübadiləsi aparılıb.