Göyçay, Ucar və Qaxda maarifləndirmə tədbirləri keçirilib
21 dekabr 2023, 08:56

Bölgələrdə maarifləndirmə tədbirləri davam edir.

 

20.12.2023, Göyçay rayonu: şəhər 1 saylı tam orta məktəbində "Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Zöhrabov, müəllimlər və şagirdlər iştirak ediblər.

 

21.12.2023, Ucar rayonu: şəhər 3 saylı tam orta məktəbində isə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri” mövzusu müzakirə olunub. Tədbirə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.

 
21.12. 2023, Qax rayonu: şəhər E.Babayev adına 4 saylı tam orta məktəbində “Milli dövlətçiliyin möhkəmlənməsi. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
 
 
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.