Goranboyda “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda maarifləndirici tədbir keçirilib
27 fevral 2023, 03:13
Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirilib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.