Goranboyda “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının intibahı" mövzusunda dəyirmi masa keçirilib
04 may 2023, 07:48

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti (RİH) və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının intibahı" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH başçısının müavini Mirvari Ağamalıyeva, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, YAP-ın rayon fəalları, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insan hüquqları sahəsində islahatlar hazırda da davam etdirilir. Ümummilli Liderimiz tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb.