Goranboyda Ramazan ayının başlaması ilə əlaqədar seminar-müşavirə keçirilib
01 aprel 2022, 04:06

Goranboy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar seminar-müşavirə baş tutub.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.