Goranboyda “N” saylı hərbi hissədə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə görüş keçirilib
17 iyun 2022, 08:07

İyunun 17-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Tədbirlər Planına uyğun olaraq, Goranboy rayonu “N” saylı hərbi hissədə milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hissinin aşılanması məqsədilə, şəxsi heyətlə görüş keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşı Vüsal Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Naftalan şəhəri və Goranboy rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də rayon üzrə rəsmi din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu vurğulanaraq, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.  Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.