Goranboyda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub
16 noyabr 2022, 02:41

Noyabrın 15-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, QMİ-nin Naftalan şəhəri və Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboyda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, QMİ-nin Naftalan şəhəri və Goranboy rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Goranboy Rayon İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının məsul əməkdaşları, eləcə də din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərdən bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin zəruriliyi qeyd edilib.