Goranboyda maarifləndirmə tədbiri keçirilib
01 mart 2023, 04:05

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışılıb. Bu istiqamətdə din xadimlərinin rolu xüsusilə vurğulanıb.