Goranboyda "Korrupsiyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib
22 oktyabr 2024, 09:17

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Goranboy rayon Gənclər və İdman sektoru, rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin məsləhətçisi Vüsal Hüseynli, Gənclər və İdman sektorunun baş məsləhətçisi Ruslan Baxşəliyev və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Vurğulanıb ki, ilk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.