Goranboyda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib
11 may 2023, 07:56

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Tatarlı kənd tam orta məktəbində  “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, kənd məscidinin dini icmasının sədri Elnur Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fətulla Əzizov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətin-din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışılıb, bu missiyanın Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Ümummilli Liderimizin müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında da ətraflı məlumat verilib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” sənədli filmi nümayiş olunub.