Goranboyda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
03 may 2023, 07:10

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini- dini qurumlarla işin təşkilatçısı Fərid Əliyev, gənclər və ziyalılar iştirak ediblər.

Çıxışlar zamanı Ümummili Lider Heydər Əliyevin gənc nəslin yetişdirilməsində milli-mənəvi dəyərlərin roluna böyük önəm verdiyi qeyd edilib. Eyni zamanda Ümummilli Liderimizin dövlət quruculuğunda əvəzsiz xidmətlərindən bəhs olunub.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş ”Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” sənədli filmi nümayiş olunub.