Goranboyda “Gənclərin yad təsirlərdən qorunmasında təhsil amilinin rolu” mövzusu müzakirə olunub
23 fevral 2022, 08:08

Fevralın 23-də Goranboy rayon Heydər Əliyev Mərkəzində “Gənclərin yad təsirlərdən qorunmasında təhsil amilinin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murov Həsənov, QMİ-nin Naftalan şəhəri və Goranboy rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.               

Çıxış edən natiqlər mövzu aktuallığından danışıblar. Bu kimi tədbirlərin əhəmiyyəti vurğulanaraq gənclərimizi dini ekstremizm və xurafatın zərərli təsirlərindən qorumaq, onları Vətənə, dövlətə bağlı vətəndaş kimi formalaşdırmaq üçün uğurlu maarifləndirmə işi aparıldığı bildirilib. Radikal dini qrupların və qeyri-ənənəvi dini cərəyanların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı mübarizə aparılması və dini maarifçilik işinin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.