Goranboyda "Dövlət-din münasibətlərinin inkişafında din xadimlərinin rolu" mövzusunda tədbir keçirilib
23 yanvar 2024, 09:27

Yanvarın 22-də Goranboyda "Dövlət-din münasibətlərinin inkişafında din xadimlərinin rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda dövlət-din münasibətlərinin inkişafında din xadimlərinin rolundan bəhs olunub. Vurğulanıb ki, dövlət-din münasibətlərinin formalaşmasında, möhkəmlənməsində və inkişafında nailiyyətlər əldə olunub.

Tədbir müzakirələrlə davam edib.