Goranboyda "Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub
23 aprel 2024, 09:03

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tatarlı kənd tam orta məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, ictimaiyyət nümayəndələri, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda  mövzunun aktuallığından bəhs olunub. Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu vurğulanıb.
Tədbir müzakirələrlə davam edib.