Goranboyda “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub
02 oktyabr 2023, 07:31

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, məscidin icma sədri Rəsul Həşimov, Xanqərvənd kəndinin bələdiyyə sədri Cəlal Rüstəmov, dini icma üzvləri və həmçinin kənd sakinləri iştirak ediblər. 
Çıxışlarda dini radikalizmlə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu istiqamətdə milli-mənəvi dəyərlərin rolu vurğulanıb.