Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi (DQİDK), Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy şəhəri Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası 30: dəyərlərimizin təminatı” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini Elmar Fətəliyev, təhsil, mədəniyyət işçiləri, fəal gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzunun əhəmiyyətindən danışılıb.
Çıxışlarda milli müstəqilliyimizin qorunub saxlanılmasında və dəyərlərimizin təminatında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan, eləcə də Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandrılıb.