“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib
03 dekabr 2021, 04:11

Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Neftçala rayonunun təhsil işçiləri və müəllimlər iştirak ediblər.

Tədbirdə insan hüquqlarına qarşı zorakılıq, xüsusilə qadınlara qarşı zorakılıq pislənilib. Gender əsaslı zorakılıqla mübarizə sahəsində beynəlxalq və respublika səviyyəsində görülən işlərdən bəhs olunub. Həmçinin Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərdən, xüsusilə də 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi qeyd edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülməsi vurğulanıb. Sonda mövzu ilə bağlı tədbir iştirakçıları öz fikirlərini bölüşüblər.