Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri gənclərin və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirlərini keçirməkdə davam edir.
05.12.2023, Sumqayıt şəhərində yerləşən Zəngilan rayonu 5 nömrəli tam orta məktəbində “Tarix, mədəniyyət və din” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, məktəbin direktoru Mayis Quliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
05.12.2023, Quba rayonu: Daha bir tədbir “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda Qubada baş tutub. Tədbirə Rayon İcra Hakimiyyəti (İH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, müəllimlər, ictimaiyyət nümayəndələri, eləcə də gənclər qatılıblar.
05.12.2023, Zaqatala rayonu: Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində isə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə edilib. Tədbir bölgə şöbəsinin müdiri İlqar Vəliyev, rayon Gənclər və İdman Sektorunun aparıcı məsləhətçisi Nailə Hacıyeva, müəllimlərin və tələbələrin iştirakı ilə baş tutub.
05.12.2023, Tərtər rayonu: Hüsənli kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, rayon İH, Polis Şöbəsinin əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
05.12.2023, Zərdab rayonu: “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
05.12.2023, Tovuz rayonu: “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Pərvin Zeynalov, Rayon İH-nin məsul əməkdaşı Akif Ələkbərov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə dini radikalizmə, eləcə də zərərli vərdişlərə qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Bu istiqamətdə görülən işlərdən danışılıb. Tədbirlər müzakirələrlə yekunlaşıb.