Gəncədəki məscid, kilsə və sinaqoqlarda Zəfər Günü münasibətilə dini mərasimlər təşkil olunub
05 noyabr 2021, 09:11

8 Noyabr - Zəfər bayramı, Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması münasibətilə noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və şöbə əməkdaşlarının iştirakı ilə Gəncə bölgəsindəki müsəlman, xristian və yəhudi dini məbədlərində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq dini mərasimlər təşkil olunub.

Mərasimlərdə əldə olunmuş Zəfərlə bağlı xütbələr oxunub, şəhidlərin ruhuna dualar oxunub.