Gəncədəki İslam və qeyri-islam dini icmaları tərəfindən anım mərasimləri keçirilib
27 sentyabr 2021, 09:03
Sentyabrın 27-də DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Azərbaycanda Anım Günü ilə əlaqədar Gəncə şəhərindəki İmamzadə ziyarətgahında, eləcə də Yəhudi dini icması, Yeddinci günün adventistləri xristian icması və Rus pravoslav dini icmaları tərəfindən anım mərasimləri təşkil edilib.
Mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub.
Daha sonra şəhidlik haqqında, eləcə də 44 günlük Vətən müharibəsi barədə geniş çıxışlar edilib.