Gəncədəki hərbi hissədə vətənpərvərlik mövzusu müzakirə olunub
21 fevral 2024, 05:16

Fevralın 20-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər N saylı hərbi hissədə "Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, “İmamzadə Ziyarətgah” məscidi dini icmasının imamı İlham Abbasov və əsgərlər iştirak ediblər. Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.