Gəncədə Zəfər Günü ilə əlaqədar dini konfessiya nümayəndələrinin iştirakı ilə tədbir keçirilib
07 noyabr 2024, 07:58
Noyabrın 7-də Gəncə şəhərində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Müxtəlif dini konfessiya nümayəndələri və din xadimlərinin iştirakı ilə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Gəncə şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş memorial kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.
Çıxışlarda ölkəmizin əldə etdiyi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından danışılıb.