Gəncədə yerləşən hərbi hissədə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri baş tutub
28 avqust 2026, 12:50

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə “Sülh aylığı” çərçivəsində “Dini müxtəliflikdə sülh və birgəyaşayış mədəniyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Gəncə şəhəri “Şahsevənlər” məscidinin imamı Murad Əliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu sülh, qarşılıqlı anlaşma və həmrəylik şəraitində birgə yaşadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, birgəyaşayış mədəniyyəti, qarşılıqlı hörmət və anlayış cəmiyyətin inkişafının əsas dayaqlarındandır.