Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
14 aprel 2025, 07:16
Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə Pesax bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə şəhəri Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.
Natiqlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.