Gəncədə türk dünyasının milli-mənəvi dəyərlərinə həsr olunmuş tədbir keçirilib
14 mart 2025, 08:40

Martın 14-də Gəncə şəhər İcra Hakimiyyətinin (ŞİH), YAP Gəncə təşkilatının dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Ağsaqqallar Şurasının (AŞ) birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşuğunda milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, ADAU-nun rektoru, dosent Zəfər Qurbanov, Türkiyənin Gəncə şəhərindəki baş konsulunun müavini Yiğit Yalın Soyal, AŞ-nın sədr müavini Bayram Yusifov, ŞİH başçısı Aparatının şöbə müdiri Yadigar Bədəlov, Gəncə şəhər Şah Abbas “Cümə” məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, din xadimləri, dini konfessiya üzvləri, ictimai-siyasi xadimlər və gənclər iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarınından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxışlarda qeyd edilib ki, qədim Türk dünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı türk xalqlarının, türk dövlətlərinin öz mövcudluqlarını qoruyub-saxlamasını, onların inkişafını şərtləndirən ən mühüm amillərdən biri türkçülük məfkurəsidir. Dünyada xalqların, millətlərin hər hansı ideologiya ətrafında birləşməsi ilə bağlı müxtəlif nümunələr var. Diqqətə çatdırılıb ki, türk xalqlarını birləşdirən dəyərlər eyni soy-kökə, eyni tarixə malik olmaları, eyni dildə danışmalarıdır. İlk növbədə, türkçülük məfkurəsi hazırda Türk dünyasını birləşdirən əsas amildir. Təsadüfi deyil ki, əsası hələ 2009-cu ildə Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatında (TDT) üzv və müşahidəçi dövlətləri birləşdirən əsas amil türkçülük məfkurəsidir. Bu prinsip üzərində formalaşan TDT hazırda türk dünyasını birləşdirən və dünyaya tanıdan siyasi platformadır.

Tədbir müzakirələrlə davam etdirilib.