Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Gənclər Evinin direktoru Amil Qurbanov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Rəşad Əlizadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycanda mövcud olan tolerant mühitdən danışıblar. Ölkəmizdə bütün dövrlərdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqları vurğulanıb. Tolerantlıq dəyərlərinin formalaşmasında mənəvi dəyərlərimizin rolundan bəhs edilib. Dini zəmində ayrı-seçkilik yaradan dini radikalizmin və xurafatın yolverilməz olduğu qeyd edilib.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.