Gəncədə radikalizm və ekstremizm mövzusu müzakirə olunub
10 oktyabr 2022, 02:13
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə İdman Liseyində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Liseyin direktoru Mehman Allahverdiyev və liseyin tələbələri iştirak ediblər.
Çıxışlarda radikalizm və ekstremizm təhlükəsindən bəhs olunub. Eyni zamanda dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti vurğulanıb. Gənclərlə bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.